® "Newsletter" layihəsi davam edir

<font color=red>® </font> "Newsletter" layihəsi davam edir
# 27 sentyabr 2017 08:30 (UTC +04:00)

"ACT Azərbaycan" şirkətinin korporativ sosial məsuliyyətinin bir hissəsi olan "Newsletter" sosial sorğu layihəsi növbəti mərhələsinə start verir. Əsasən sosial, iqtisadi və əyləncəli mövzulara toxunan layihədə paytaxt sakinlərinin müxtəlif aktual mövzulara münasibəti öyrənilir.


Budəfəki "Newsletter"i digərlərindən fərqləndirən əsas amil müzakirəyə çıxarılan mövzuların jurnalistlər tərəfindən təklif olunmasıdır. Belə ki, "ACT Azərbaycan"ın Mətbuat günü ilə bağlı iyul ayında təşkil etdiyi "Media party" tədbirinə qatılan jurnalistlər onları maraqlandıran sualları növbəti "Newsletter" dalğası üçün qeyd ediblər.

"Newsletter" sosial sorğu layihəsinin növbəti dalğası 26 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Sosial sorğunun mövzuları dəyişsə də, iştirak və keçirilmə qaydaları dəyişməz olaraq qalır. Belə ki, "Newsletter"də son 6 ay ərzində Bakı şəhərində yaşayan, yaşı 18-dən yuxarı olan sıravi paytaxt sakinləri iştirak edirlər. Anket sorğularını yerinə yetirən komanda təsadüfi seçim əsasında seçilmiş şəhər nömrələri ilə əlaqə saxlayaraq sakinlərin müəyyən mövzular barədə fikirlərini öyrənir. Əldə olunmuş nəticələr isə hər həftənin cümə axşamı "ACT Azərbaycan"ın sosial mediadakı hesabları, eləcə də media orqanları - saytlar, xəbər agentlikləri tərəfindən paylaşılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR