Çevik Polis Alayının əməkdaşı qardaşı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Çevik Polis Alayının əməkdaşı qardaşı tərəfindən qətlə yetirilib - <span style="color: red;">YENİLƏNİB
# 04 avqust 2017 08:12 (UTC +04:00)

Bakıda qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, qardaşı Əli Əliyev tərəfindən bıçaqlanaraq öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb.

Hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

09.45

Bakı şəhərində qətl törədilib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb. Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib.

Ə. Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR