Gəncədə maşın maneəyə çırpılıb, xəsarət alan var

Gəncədə maşın maneəyə çırpılıb, xəsarət alan var
# 01 aprel 2017 17:57 (UTC +04:00)

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Volkswagen Passat” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı maşında olan 1994-cü il təvəllüdlü Yusifov Qəzənfər müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR