Sumqayıt polipropilen zavodu gələn il istismara veriləcək

Sumqayıt polipropilen zavodu gələn il istismara veriləcək
# 12 aprel 2017 12:35 (UTC +04:00)

Sumqayıtda polipropilen istehsalı üzrə zavodun tikintisi ilə bağlı işlərin 70,6%-i yerinə yetirilib. "APA-Economics" xəbər verir ki, bunu "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev "Caspian Energy Forum-2017"-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin sonunda zavodda mexaniki işlərin həyata keçirilməsinə başlanılacaq. "Zavod 2018-ci ilin I rübündə istismara veriləcək", - deyə o bildirib.

B. Beydullayev bildirib ki, ilkin mərhələdə zavodun illik istehsal gücü 180 min ton təşkil edəcək, lakin Qaradağ rayonunda "SOCAR GPC" layihəsinin istismara verilməsindən sonra bu göstərici 300 min tona çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR