Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq
# 17 mart 2018 09:47 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.

APA-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə, bu institutda laboratoriyalar olacaq: “Bu insttitut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq, onların tərkibini təhlil edəcək”.

Q.Təhməzli bildirib ki, instutut əsasən geni modifikasiya edilmiş məhsulları araşdıracaq və bu məhsulların təhlili ilə məşğul olacaq: “İnstitut Azərbaycanada belə məhsulları müəyyən edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR