Yol qəzasında ailə üzvünü itirən şəxslərə kompensasiya verilib

Yol qəzasında ailə üzvünü itirən şəxslərə kompensasiya verilib
# 07 noyabr 2016 15:29 (UTC +04:00)

İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, 10 aprel 2014-cü il tarixində Qaradağlı-Quzanlı yolunun Ağdam rayonunun, Xındırıstan kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü ilə əlaqədar 5 min manat, digərinin yüngül dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə min manat məbləğində kompensasiya ödənişləri Azərbaycan vətəndaşlarına poçt vasitəsi ilə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR