Aşıq Namiqə qarşı dələduzluq edən şəxslərə hökm oxunub

Aşıq Namiqə qarşı dələduzluq edən şəxslərə hökm oxunub
# 30 may 2018 09:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı ilə aşıq Namiq Fərhadoğluna 54 min 500 manat məbləğində dələduzluq edib. İş üzrə daha bir neçə şəxs zərərçəkmiş qismində tanınıb.

N. Fərhadoğlu ona qarşı dələduzluq edən şəxsləri bağışlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR