Zaqatalada ilan sancan qadına DSX zərdab verib

Zaqatalada ilan sancan qadına DSX zərdab verib
# 31 may 2018 10:23 (UTC +04:00)

Zaqatala rayonunda yerli sakinin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya bildirilib ki, rayonun Mazıx kənd sakini, 1956-cı il təvəllüdlü Abakarova Həpsət Məhəmməd qızı öz həyətyanı sa­hə­sində işləyərkən onu ilan sancıb, təcili olaraq rayon xəstəxa­nasına çatdırılıb.

H. Abakarovanın həyatını xilas etmək üçün ona təcili ilan zər­da­bının vurulması zərurəti ilə əlaqədar DSX sər­həd qoşunlarının Zaqatala sərhəd dəstəsinə müraciət olunub. Şəxsi heyətin ilan sancması hal­larında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqə­sin­də saxlanılan ilan zərdabı rayon xəstəxanasına göndərilib və vətənda­şın həyatı xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR