Hacıqabulda qəzada xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Hacıqabulda qəzada xəsarət alanların adları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 05 avqust 2017 09:53 (UTC +04:00)

Hacıqabul rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər - Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.

Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.

*** SAAT 11:02

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.


Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR