Azərbaycanda radioaktiv və geokimyəvi şəraitin insan sağlamlığına təsiri aşkarlanıb

Azərbaycanda radioaktiv və geokimyəvi şəraitin insan sağlamlığına təsiri aşkarlanıb
# 24 yanvar 2017 12:09 (UTC +04:00)

"2015-2017-ci illəri əhatə edən biokimyəvi rayonlaşdırma və əhalinin sağlamlığının regional proqnozlaşdırılması layihəsi çərçivəsində çöl tədqiqatlarının keçirildiyi ərazilərdəki landşaftların təbii radiasiya fonu və geokimyəvi xüsusiyyətləri ekoloji cəhətdən öyrənilib, radioaktiv və geokimyəvi şəraitin insan sağlamlığına təsiri aşkara çıxarılıb".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev deyib. O bildirib ki, bu məqsədlə landşaft komponentlərində makro və mikroelementlərin, ətraf mühiti çirkləndirən radionuklidlərin və kanserogen xarakterli toksik mikroelementlərin miqdarı və paylanması müəyyənləşdirilib.

Ç. Əliyev qyed edib ki, ilk dəfə hazırlanmış rəqəmsal məlumat bazası əsasında ölkə daxilindəki geosistemlərdə ekogeokimyəvi şəraitin diaqnostik-funksional xüsusiyyətləri müəyyən edilib: “İnsan sağlamlığına təsir göstərə bilən tipomorf makro və mikroelementlərin, toksik duzların, kanserogen kimyəvi maddə və birləşmələrin konsentrasiya qanunauyğunluqları tədqiq edilib və bir-birini tamamlayan proqnostik yükdaşıyan üçlaylı, rəqəmsal “Azərbaycan Respublikasının landşaftı”, “Ekogeokimyəvi landşaft” və “Tibbi-ekogeokimyəvi landşaft” xəritələri tərtib olunub. Yekun hesabat hazır olduqdan sonra alınan nəticələr Səhiyyə Nazirliyinə təqdim ediləcək”.

Qeyd edək ki, bu iş AMEA-nın 2 institutu - Geologiya və Geofizika, Coğrafiya institutları ilə birgə aparılır və aprel ayına kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR