BANM-in tələbəsinin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi başa çatıb

BANM-in tələbəsinin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi başa çatıb
# 05 yanvar 2017 09:29 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə V kurs tələbəsi Ruslan Hacıyevin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, layihənin əsas məqsədi gənclərin Qarabağ mədəniyyətini öyrənməsi və bu istiqamətdə videoçarxlar hazırlayaraq daha çox gəncin maariflənməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın adət-ənənələri, tarixi abidələri, mədəniyyətini öyrənmiş, bu istiqamətdə fikir mübadiləsi aparıblar.

İştirakçılar komandalara ayrılıb və hər bir komandaya Qarabağ mədəniyyətini əks etdirən videoçarx hazırlaması üçün bir həftə vaxt verilib. Layihənin sonunda bu videoçarxların izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib. Qalib komandanın üzvlərinə dəyərli hədiyyələr və fərqlənmə diplomu təqdim olunub.


Xatırladaq ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi və Ali Məktəbin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR