Türkiyə səfiri Gürcüstan parlamentinin komitə sədri ilə görüşüb

Türkiyə səfiri Gürcüstan parlamentinin komitə sədri ilə görüşüb
# 26 dekabr 2016 20:30 (UTC +04:00)

Türkiyə səfiri Zeki Levent Gümrükçü ilə Gürcüstan parlamentinin İnsan Hüquqları və Mülki İnteqrasiya Komitəsinin sədri Sofiya Kiladze arasında görüş olub

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş çərçivəsində S. Kiladze son günlər Türkiyədə baş verən terror hücumları zamanı həlak olanların ailələrinə və türk xalqına başsağlığı verib.

“Tərəflər arasında ikitərəfli münasibətlər, regionda mədəni və tarixi əlaqələr müzakirə olunub. Türk diplomat dünyada sülh və əhəmiyyətli təhlükəsizlik üçün iki ölkə arasında sıx və dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacib olduğunu bildirib”, Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.

Görüşdə insan hüquqları məsələlərinə də toxunulub. Tərəflər həmçinin ölkə parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR