Maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət ləğv edilib

Maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət ləğv edilib
# 23 fevral 2019 13:48 (UTC +04:00)

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tələbləri maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil olunmayacaq.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla tətbiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR