Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilin sonunadək təşkil oluna bilər

Azərbaycan və Ermənistan prezidentlərinin  görüşü ilin sonunadək təşkil oluna bilər
# 20 iyul 2015 17:23 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.

“Prezidentlərin bu il görüşəcəyinə ümid edirik. Münaqişənin danışıqlar yolu ilə nizamlanmasına gətirəcək prosesin davam etdirilməsi üçün görüşlərin keçirilməsi vacibdir”, deyə Uorlik bildirib.

Amerikalı həmsədrin sözlərinə görə, hazırda nizamlanmanın prinsip və elementləri müzakirə edilir, lakin tərəflər hələlik daha konkret müzakirələr mərhələsinə çatmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR