Lənkəranda bıçaqlanan şəxs xəstəxanada ölüb

Lənkəranda bıçaqlanan şəxs xəstəxanada ölüb
# 22 mart 2018 09:22 (UTC +04:00)

Lənkəranda bıçaqlanan 1966-cı il təvəllüdlü Şirzad Əlihüseyn oğlu Əmənov gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, Ş. Əmənovun yeznəsi tərəfindən bıçaqlandığı bildirilir.

Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə martın 21-də şəhərin "RayPo yaşayış massivi" adlanan yerdə baş verin. Anar Mahmudov küçəsində qeydiyyatda olan, 1966-cı il təvəllüdlü Şirzad Əlihüseyn oğlu Əmənov qohumlar arasında düşən dava zamanı bıçaqlanıb. Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan zaman vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən sonra dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR