Türkiyəli tanınmış aktyor yol qəzasında ölüb

Türkiyəli tanınmış aktyor yol qəzasında ölüb
# 30 noyabr 2016 07:04 (UTC +04:00)

Türkiyənin tanınmış aktyorlarından olan Erdal Tosun İstanbulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Sarıyer rayonunda sürətlə hərəkət edən avtomobil maneəyə çırpılaraq, Erdal Tosunun idarə etdiyi maşının üstünə düşüb. Avtomobilinin içərisində sıxılan aktyor hadisə yerində ölüb. 1963-cü il təvəllüdlü Erdal Tosun onlarla film və serialda rol alıb, tamaşalarda oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR