Bu gün Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 28 iyun 2015 07:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Bakının küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı 2015 İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar bu gün saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.


Qeyd olunan müddət ərzində hava limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR