Gürcüstanın müxalifət partiyasının sədri işğal altında olan ərazilərə səfər etməyi planlaşdırır

Gürcüstanın müxalifət partiyasının sədri işğal altında olan ərazilərə səfər etməyi planlaşdırır
# 10 avqust 2017 15:25 (UTC +04:00)

“Demokratik hərəkat – vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze işğal altında olan Cənubi Osetiya və Abxaziyaya səfər etməyi planlaşdırır.

APA-nın yerli bürosunun partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əsas məqsədi yerli əhali ilə görüşməkdir.

“Nino Burcanadze çıxışlarında bildirir ki, əsas prioritet abxaz və osetinlərlə birbaşa dialoq olmalıdır. O, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Həmin bölgələrdə yaşayan insanlarla əlaqə bərpa olunmalıdır”, - deyə partiyadan bildirilib.

Qeyd edək ki, N. Burcanadze 2001-2008-ci illərdə Gürcüstan parlamentinin sədri olub. Xanım siyasətçi Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR