Ucarda orta məktəbdə ölüm hadisəsi baş verib

Ucarda orta məktəbdə ölüm hadisəsi baş verib
# 23 oktyabr 2017 09:44 (UTC +04:00)

Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ucar şəhərin 2 saylı tam orta məktəbində qeydə alınıb. Məktəbdə laborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlü Zeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.

Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR