Ukraynada “Smerç”, “Uraqan” və “Qrad” tipli raketlərin saxlanıldığı anbarda partlayışlar baş verib

Ukraynada “Smerç”, “Uraqan” və “Qrad” tipli raketlərin saxlanıldığı anbarda partlayışlar baş verib
# 27 sentyabr 2017 00:30 (UTC +04:00)

Ukraynanın Vinnitsa şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarında partlayışlar baş verib. APA-nın “RİA Nocosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in məlumatında bildirilir.

Məlumata görə, polislər anbarın yerləşdiyi Kalinovka kəndinə aparan yolu bağlayaraq, əhalini təxliyə edirlər. Ətraf kəndlərin əhalisinin də təxliyə edildiyi bildirilir.

Bundan başqa hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 km radiusunda tam bağlanıb.

Əməliyyat qərargahı yaradılıb, əhalinin ərazidən çıxarılması üçün sərnişin qatarları hazırlanıb.

Dövlət əhəmiyyətli Jitomir-Moqilyov-Podolski “M-21” avtomagistral yolu bağlanıb.

Hadisə yerinə Ukrayna Baş Qərargah rəisi yola düşüb. KİV-lər anbarda “Smerç”, “Uraqan”, “Qrad” tipli yaylım atəşi sistemlərinin raketlərinin saxlanıldığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR