Bakıda rumın heykəltəraşın foto-sərgisi təşkil olunub

Bakıda rumın heykəltəraşın foto-sərgisi təşkil olunub
# 03 aprel 2017 16:28 (UTC +04:00)

Bakıda rumın heykəltəraş Konstantin Brankuzinin əl işlərinə həsr olunmuş foto-sərgi keçirilib.



APA-nın xəbərinə görə, Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku heykəltəraşın həyat və yaradıcılğı haqqında danışaraq bildirib ki, heykəltəraşın yaradıcılığında mənəvi və mədəni dəyərlər sintez təşkil edir.

Səfir qeyd edib ki, aprelin 9-dək davam edəcək sərgidə heykəltaraşın 30-a yaxın əsəri nümayiş olunacaq: "Brankuzi Rumıniyanın dahi sənətkarlarındandır və təsadüfi deyil ki, o, Rumıniyada müasir heykəltəraşlığın əsasını qoyub. Onun əsərləri əsasən inqilabi hadisələrə həsr olunub. Brankuzinin əsərləri Rumıniya ilə yanaşı, Fransa, ABŞ və digər ölkələrdə nümayiş etdirilir".

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR