Azərbaycanlı tələbələrin Tacikistan universitetlərində təhsil alması üçün kvotalar ayrılacaq

Azərbaycanlı tələbələrin Tacikistan universitetlərində təhsil alması üçün kvotalar ayrılacaq
# 06 fevral 2018 16:31 (UTC +04:00)

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin elm və təhsil naziri Nurullo Saidlə görüşüb.

Azərbaycanın Tacikistandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Tacikistan arasında təhsil müəssisələri Assosiasiyasının yaradılması, qurumlar arasında illik kvotaların ayrılmasına dair Protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetləri arasında Memorandumun imzalanması və ikitərəfli digər əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

N. Said Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu, iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın Protokolun müvafiq bəndində Azərbaycanla Tacikistan arasında təhsil sahəsində əməkdaşlığın aparılmasının əks olunduğunu diqqətə çatdırıb. O, Tacikistanda hazırda 39 ali təhsil müəssisəsinin mövcud olduğunu bildirib və imzalanmış sazişə əsaslanaraq Azərbaycan universitetləri tərəfindən ayrılmış kvotalara uyğun olaraq tələbələrin Azərbaycana təhsil alması üçün göndəriləcəyini söyləyib. Eyni zamanda qeyd edib ki, Tacikistan universitetlərində də azərbaycanlı tələbələrin təhsil alması üçün kvotalar ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR