Xızıda 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 08 oktyabr 2017 22:24 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, oktyabrın 8-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə, 1 otlaq sahəsinə və ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 132 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 608 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 846 000 kv.m (84.60 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 37 gün ərzində 11 065 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd partlamış-yanmış sursat qalıqları və 23 770 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 42 082 828 kv.m (4 208 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR