Gürcüstan parlamentinin spikeri postuna namizəd məlum olub

Gürcüstan parlamentinin spikeri postuna namizəd məlum olub
# 06 noyabr 2016 15:22 (UTC +04:00)

Gürcüstanda parlament seçkilərində qalib gəlmiş “Gürcü Arzusu” Partiyası parlamentin spikeri postuna partiyanın icraçı katibi İrakliy Kobaxidzenin namizədliyini irəli sürüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar bu gün “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının toplantısında qəbul edilib.

Parlament sədrinin birinci müavini postuna namizəd Gənc Hüquqşünasların Assosiasiyasının sabiq sədri Tamara Çuqoşvli, parlament sədrinin müavinləri postuna namizədlər isə Giya Volskiy və Zviad Dzidziquri olublar.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin birinci turu 8 oktyabr, ikinci turu 30 oktyabrda keçirilib. “Gürcü Arzusu” Partiyası seçkilərin nəticələrinə əsasən parlamentdəki 150 yerdən 115-ni qazanıb. Parlamentin yeni tərkibdə ilk iclası noyabrın 19-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR