Hindistanda qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb - YENİLƏNİB-2

Hindistanda qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 20 noyabr 2016 14:03 (UTC +04:00)

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

APA-nın “ Hindustan Times ” nəşrinə istinadən verdiyi məlumata görə, faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub.

Hazırda 116 cəsəd xilasedicilər tərəfindən vaqonlardan çıxarılıb. Vaqonların birində olan 4 cəsədin çıxarılması istiqamətində iş aparılır.

***

saat 13.11

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

APA-nın NDTV telekanalına istinadən verdiyi məlumata görə, 200 yaralı var.

Faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub. Faciə sərnişinlərin əksəriyyətinin yuxuda olduğu zaman baş verib. Hadisə yerində 250 xilasedici çalışır. Xilasedicilər hələ vaqonlardan birinə daxil ola bilməyiblər. Ona görə də faciə qurbanlarının sayının artacağı istisna deyil.

***

saat 10.03

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 91-a çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 100 nəfər yaralı var.

Qəzanın dəmir yolu relsinin qırılması nəticəsində baş verdiyi ehtimal edilir.

***

saat 07.56

Hindistanın şimalında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 60-a çatıb, 150 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press”ə Kanpur şəhərinin polis rəisi Zəki Əhməd bildirib.

İnsident Kanpur şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Qəzanın relsin sınması nəticəsində baş verməsi istisna olunmur.

***** 07.20

Hindistanın şimalında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb. Bu barədə APA “Assoşieyted Press”ə istinadən xəbər verir.

Məlumata görə, insident Kanpur şəhəri yaxınlığında qeydə alınıb. Hadisə yerinə çoxlu sayda xilasedicilər və həkimlər cəlb olunub.

Qəzanın səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR