Referendumla əlaqədar üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

Referendumla əlaqədar üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib
# 11 oktyabr 2016 14:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələri tam ləğv edib.

APA-nın məlumatına görə, bunu bu gün MSK-nın iclasında MSK katibi Arifə Muxtarova bildirib.

A. Muxtarova deyib ki, 1 seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib.

"11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlibadad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı Sabirabad II Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR