Gəncədə polisi döyən keçmiş məhkum saxlanılıb - YENİLƏNİB

Gəncədə polisi döyən keçmiş məhkum saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 30 mart 2018 07:46 (UTC +04:00)

Gəncədə polisi döyən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Kəlbəcər rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlunu döyərək müxtəlif xəsarətlər yetirən şəxsin Kəlbəcər sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış Nahid Səyyadov olduğu müəyyənləşib. Məlum olub ki, Səttam Alışanov Nahid Səyyadovu saxlayıb, onu təhqiqata təqdim etdiyi üçün döyüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

29 mart

23:25

Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.

APA-nın verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.

Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR