Mario Mancukiç Qətər klubuna keçir

Mario Mancukiç Qətər klubuna keçir
# 22 dekabr 2019 15:30 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubunun xorvatiyalı futbolçusu Mario Mancukiçin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu “Əl-Duhail” klubuna keçir.

Artıq 33 yaşlı forvardın transferi ilə bağlı razılıq əldə olunub. Qətərin paytaxtı Dohada olan futbolçu bu gün tibbi müayinədən keçəcək. Özəl xəstəxanalardan birindəki bu proseduradan sonra M.Mancukiçlə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, hücumçu cari mövsüm “Yuventus”da heç bir oyuna çıxmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR