Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri açıqlanıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri açıqlanıb
# 13 yanvar 2017 15:04 (UTC +04:00)

2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 27,5%, o cümlədən mədənçıxarma sənayesi üzrə 30,9%, emal sənayesi üzrə 15,2%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3%, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 21,7%, o cümlədən mədənçıxarma sənayesi üzrə 23,3%, emal sənayesi üzrə 12,7%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3% artıb. Su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4%, metal filizlərin hasilatı üzrə 3,5% artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 23,1%, toxuculuq sənayesi üzrə 7,5%, kimya sənayesi üzrə 5,4%, metallurgiya sənayesi üzrə 4,5%, geyim istehsalı üzrə 3,2%, qida məhsullarının istehsalı üzrə 2,5%, tütün məmulatlarının istehsalı üzrə 1,4%, əczaçılıq məhsullarının istehsalı üzrə 1,3%, kağız və karton istehsalı üzrə 0,2% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9%, maşın və avadanlıqların istehsalı üzrə 0,6%, içki istehsalı üzrə 0,5%, tikinti materiallarının istehsalı üzrə isə 0,3% azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR