Bakı Fond Birjasının dövriyyəsi artıb

Bakı Fond Birjasının dövriyyəsi artıb
# 16 mart 2018 14:34 (UTC +04:00)

2018-ci ilin fevral ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,82 dəfə artaraq 4 mlrd. 92 mln. 10 min 970 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin fevral ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 12,04 dəfə artaraq 1 mlrd. 958 mln. 511 min 787 manat təşkil edib.

Pay alətlərində azalıb və borc alətləri isə artıb. Başqa sözlə, son 1 ildə pay bazarı 3,41% dəfə azalaraq 31 mln. 53 mln. 699 manata, borc alətləri bazarı 54,7 dəfə artaraq 135 mln. 304 min 653 manata yüksəlib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Ötən ilin fevral ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 3,19 dəfə artaraq 1 mlrd. 895 mln. 923 min 639 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR