Kerri: “Suriyaya dair danışıqların iştirakçıları əsas məsələlər üzrə konsensusa nail olublar”

Kerri: “Suriyaya dair danışıqların iştirakçıları əsas məsələlər üzrə konsensusa nail olublar”
# 15 oktyabr 2016 23:54 (UTC +04:00)

Bakı-APA. “Lozanna danışıqlarının yekunlarına dair bir neçə müxtəlif yanaşma səsləndirilə bilər”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı bir neçə nazir müxtəlif ideyalar səsləndirib. Bundan başqa, danışıqların iştirakçısı əsas məsələlər üzrə, xüsusən də, münaqişənin dayandırılmasına dair konsensusa nail olublar

Qeyd edək ki, 4,5 saatadək davam edən danışıqlarda Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir və İraqın nazirləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR