Robert Prosineçki: “Bu rəqib gələn il Bakıya gələcək”

Robert Prosineçki: “Bu rəqib gələn il Bakıya gələcək”
# 11 noyabr 2016 23:49 (UTC +04:00)

"İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik".

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlamalar verən xorvat çalışdırıcı fikirlərini bölüşüb.

“Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü matçın problemi oyunla bağlı idi. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR