Kiyevdə terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb

Kiyevdə terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb
# 03 sentyabr 2015 22:42 (UTC +04:00)

Bakı-APA. Kiyev məhkəməsi şəhərdə terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs barədə həbs qətimkan tədbiri seçib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyandskaya bildirib.

Onun sözlərinə görə, şübhəli şəxslər yerli əhali arasında təşviş və çaxnaşma yaratmaq məqsədilə paytaxt Kiyevdə bir neçə terror aktı törətməyi planlaşdırıblar.

Qeyd edək ki, bundan əvvəl Kiyevdə “Pravıy Sektor” milliyyətçi hərəkatının ofisində partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR