Türkmənistanda prezident seçkilərində seçici fəallığı 90 faizi keçib - YENİLƏNİB-2

Türkmənistanda prezident seçkilərində seçici fəallığı 90 faizi keçib - <span style="color: red;">YENİLƏNİB-2
# 12 fevral 2017 13:08 (UTC +04:00)

Türkmənistanda keçirilən prezident seçkilərində seçici fəallığı 90 faizi keçib.

APA-nın məlumatına görə, Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 16.00-a (Bakı vaxtı ilə 15.00) seçici fəallığının 90.80 faiz olduğunu açıqlayıb.

Səsvermə yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq. Türkmənistan Seçki Məcəlləsinə əsasən MSK səsvermənin rəsmi nəticələrini 7 gün ərzində açıqlayacaq. Seçicilərinin səslərinin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək.

Qeyd edək ki, Türkmənistan prezidenti postuna hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov da daxil olmaqla, səkkiz namizəd mübarizə aparır.

***

saat 11.14

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində 4 saat ərzində seçicilərin 51 faizindən çoxu səs verib.

APA-nın məlumatına görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 11.00-a (Bakı vaxtı ilə saat 10.00) seçici fəallığının 51,45 faiz olduğunu açıqlayıb. Bu müddət ərzində 3,2 milyon seçicidən 1 milyon 662 seçici səs verib

***

saat 09.39

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09.00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb.

Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR