Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 31 yanvar 2017 13:14 (UTC +04:00)

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəyə yağıntılı hava şəraitinin səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR