İraqda 130 İŞİD silahlısı məhv edilib - VİDEO

İraqda 130 İŞİD silahlısı məhv edilib - <span style="color: red;">VİDEO
# 17 iyul 2015 01:41 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.

“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Anbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan Ər-Ramadi və Əl-Faluca şəhərləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR