Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib - YENİLƏNİB

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib  - <span style="color: red;">YENİLƏNİB
# 04 yanvar 2018 09:52 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

APA-nın məlumatına görə, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir.

Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan 3 yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

***

Saat: 12:30

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların əvəzinə hələlik deputat Elşad Həsənov nümayəndə heyətinin tərkibinə daxil edilib.

Qeyd edək ki, ilk olaraq "modern.az" saytı Elxan Süleymanovun AŞPA nümayəndə heyətinin tərkibindən çıxarıldığı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR