"Vodafone Ukraine" 500 mln. dollarlıq istiqrazlar buraxıb

"Vodafone Ukraine" 500 mln. dollarlıq istiqrazlar buraxıb
# 06 fevral 2020 10:02 (UTC +04:00)

“NEQSOL Holding”ə daxil olan və abunəçi sayına görə Ukraynanın ikinci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” şirkəti ilk dəfə olaraq avrobond (istiqraz) emissiya edib.

Bu barədə “APA-Economics” sözügedən mobil rabitə operatorunun yaydığı məlumata istinadən xəbər verir.

İstiqrazların illik gəliri 6,20%, ümumi dəyəri isə 500 mln. ABŞ dolları təşkil edir. Qiymətli kağızların tədavül müddəti 5 il təşkil edir.

Avrobondlar İrlandiya Fond Birjasında “Euronext Dublin”in (“Global Exchange Market”) kotirovka siyahısına daxil ediləcək. İstiqrazların (“Vodafone Ukraine”in korporativ reytinqinə uyğun) “S&P” tərəfindən “B”, “Fitch” tərəfindən isə “B” reytinqlərinin alacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin sahibi olan “NEQSOL Holding” “Vodafone Ukraine”in 100% səhmlərinin alınmasını başa çatdıraraq Ukraynanın mobil rabitə operatorunu strateji investoru oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR