Bakıda “VAZ” avtobusla toqquşub, xəsarət alan var

Bakıda “VAZ” avtobusla toqquşub, xəsarət alan var
# 12 dekabr 2017 21:38 (UTC +04:00)

Bakıda minik avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, paytaxtın Sabunçu rayonu, Şuşa şәhәrciyində “VAZ 2106” Əli Rzaevin idarə etdiyi “Daewoo” markalı 214 saylı xәtt avtobusu ilә toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü 1981-ci il təvəllüdlü Nәsibov Ramin Osman oğlu xәsarәt alıb.

İlkin məlumata görә, “Jiquli” sürәtlә gәlәrәk avtobusun yoluna çıxıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR