Fiziki imkanları məhdud uşaqların müəssisəsində başçəkmə keçirilib

Fiziki imkanları məhdud uşaqların müəssisəsində başçəkmə keçirilib
# 21 fevral 2017 13:27 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray qəsəbəsində yerləşən, əqli və fiziki imkanları məhdud olan uşaqlar üçün 2 saylı Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, o cümlədən rəsm, musiqi otaqlarına, habelə idman zalına, ümumi əraziyə baxış olub.

Buradakı uşaqlarla görüş zamanı onlar şəraitdən, qidalanmadan, müəssisə əməkdaşlarının onlarla rəftarından razılıq ediblər.

Əsaslı təmir olunaraq zəruri müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin müasir standartlara uyğun olduğu müəyyən olunub, saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR