Gəncə sakinlərindən saxta əskinas götürülüb

Gəncə sakinlərindən saxta əskinas götürülüb
# 23 mart 2017 10:54 (UTC +04:00)

Gəncə sakinlərindən saxta əskinas götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 21-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarov sərinləşdirici içki alıb ödəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən R.Ələkbərov və C.Allahyarov tutulublar.

Onlardan 9 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq götürülüb.


Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR