Qubada 8 otaqlı inzibati binada yanğın olub

Qubada 8 otaqlı inzibati binada yanğın olub
# 11 noyabr 2016 02:53 (UTC +04:00)

Qubada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Amsar kəndində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binanın 2-ci mərtəbəsində baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR