Xarici diplomatlar Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabına ürək sözlərini yazıblar

Xarici diplomatlar Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabına ürək sözlərini yazıblar
# 21 dekabr 2016 09:26 (UTC +04:00)

Rusiyanın Ankarada öldürülən səfiri Andrey Karlovun xatirəsinə açılmış başsağlığı kitabına ürək sözlərini yazmaq üçün xarici ölkələrin səfirləri Rusiyanın Azərbaycandakı səfirliyinə gəliblər.

APA-nın məlumatına görə, Almaniya, Kuba və digər ölkələrin səfirləri diplomatın ölümü ilə əlaqədar Rusiya səfiri Vladimir Doroxinə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Azərbaycan Milli Məclisinin bəzi deputatları da səfirliyə gələrək başsağlığını çatdırıblar.

Qeyd edək ki, kitab bu gün saat 10.00-dan 13.00-dək, sabah isə saat 10.00-dan 13.00-dək açıq olacaq.

Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR