Səyyar ASAN xidmət Ağcabədi, Lənkəran və Ağdaş sakinlərinə xidmət göstərəcək

Səyyar ASAN xidmət Ağcabədi, Lənkəran və Ağdaş  sakinlərinə xidmət göstərəcək
# 11 sentyabr 2015 13:40 (UTC +04:00)

Bakı - APA. Səyyar ASAN xidmət 11-25 sentyabr tarixlərində Ağcabədi rayonunda Ağdam və Ağcabədi, Lənkəran şəhərində Lerik və Lənkəran, Ağdaş rayonunda isə Göyçay və Ağdaş sakinlərinə səyyar formada xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR