Gələn ilin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü gözlənilir

Gələn ilin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü gözlənilir
# 03 dekabr 2016 10:15 (UTC +04:00)

"Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 200-dən artıq sənəd imzalanıb. Ancaq Çin, Rusiya, İran kimi üçüncü ölkələr də nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik".

APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistana arasında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub: "Gələn ilin əvvəllərində enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Ancaq bu görüşlər görüş xətrinə olmamalı, konkret nəticəsi olmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR