Baş neanatoloq: “Vaxtından əvvəl doğulanlar arasında sağ qalanların sayı ilbəil artır”

Baş neanatoloq: “Vaxtından əvvəl doğulanlar arasında sağ qalanların sayı ilbəil artır”
# 17 noyabr 2016 10:35 (UTC +04:00)

"Vaxtından əvvəl və az çəkili doğulan uşaqların bir neçə faizində problemlərə rast gəlinir".

APA-nın məlumatına görə, respublikanın baş neanatoloqu Rüstəm Hüseynov deyib ki, belə uşaqlarda sonrakı dövrdə tənəffüs problemləri, kəskin respirator infeksiyalara tez yoluxmaq halları, yaxud əzələ və dayaq-hərəkət, sümük sistemində, nevroloji problemlər müşahidə olunur : «Vaxtında tədbir görülsə, bu faizi kifayət qədər azalda bilirik. Dünya təcrübəsinə nəzər salsaq, hamiləliyin vaxtından əvvəl sonlanmasının əsas səbəblərindən biri hamiləlik zamanı yaranan infeksiyadır. Hər bir anada antenatal dövrdə yaranan problemlər vaxtından əvvəl doğuşun baş verməsinə səbəb ola bilər. 8 aylığında doğulan uşaqların 7 aylıqda doğulan uşaqlara nisbətdə yaşamaq şansı daha azdır. Çünki 8 aylıq uşaqlarda sinir sistemi daha həssas olur. Lakin vaxtından çox əvvəl doğulan uşaqlarda sinir sistemi bir o qədər inkişaf etməyib”.

R. Hüseynov qeyd edib ki, bütün dünyada vaxtından əvvəl doğuşlarda itkilər çox olur: “Ancaq elmin inkişafı ilə bağlı belə uşaqların fəsadsız sağ qalması faizi də artır. Azərbaycanda sağ qalan və fəsadsız olan vaxtından əvvəl doğulanların sayı ilbəil artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR