Gədəbəydə yol qəzasında xəsarət alan kişi 8 gün sonra xəstəxanada ölüb

Gədəbəydə yol qəzasında xəsarət alan kişi 8 gün sonra xəstəxanada ölüb
# 08 yanvar 2020 23:42 (UTC +04:00)

Ötən ilin dekabrın 31-də Gədəbəydə baş verən ağır yol qəzasında xəsarət alan 84 yaşlı İsa Həsənov ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, o, xəstəxanada müalicə olunurdu. Həkimlərin səyinə baxmayaraq İ.Həsənov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, ötən il dekabrın 31-də Gədəbəy rayon mərkəzində hərəkətdə olan "Volkswagen Passat" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ"da olan 45 yaşlı Fərman Həsənov və onun atası 84 yaşlı İ.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdilər. F.Həsənov həmin gün dünyasını dəyişə də, atasının vəziyyəti ağır idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR