Azərbaycanın dövlət başçısı Latviyanın sabiq prezidentinə “Dostluq” ordeni verib - VİDEO

Azərbaycanın dövlət başçısı Latviyanın sabiq prezidentinə “Dostluq” ordeni verib - <span style="color: red;">VİDEO
# 25 iyun 2015 13:24 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş prezidenti V. Vike-Freyberqanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.

V. Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirdi və bundan şərəf hissi keçirdiyini vurğulayıb. V. Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini deyib. Latviyanın sabiq prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirib.

Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqeyin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edilib. Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, ölkəmizdə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olunub, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR