DGK sədri türkiyəli sahibkarlara Azərbaycanda birgə istehsalın yaradılmasının üstünlüyünü açıqlayıb

DGK sədri türkiyəli sahibkarlara Azərbaycanda birgə istehsalın yaradılmasının üstünlüyünü açıqlayıb
# 18 iyul 2017 11:54 (UTC +04:00)

"Azərbaycan və Türkiyədən olan iş adamları tərəfindən birgə müəssisələrin yaradılmasına investisiyanın yatırılması hər iki tərəfə xeyir verəcək".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.

"Bu gün Azərbaycan aktiv şəkildə qeyri-neft sektorunun inkişafına investisiya yönəldir. Qanunvericiliyə edilən dəyişikliklər Azərbaycanla Türkiyə arasında mövcud olan ticarət dövriyyəsinin həcmini artırmağa imkan verir. Biz türkiyəli iş adamlarını Azərbaycan iqtisadiyyatına daha aktiv şəkildə investisiya yatırmağa çağırırıq. Hələlik bizim iqtisadi əlaqələrimiz daha çox ticarət və xidmət sahələrində cəmləşib. Biz istərdik ki, bu əlaqələr daha da genişlənsin. Məsələn, biz birgə istehsalı təşkil edib, daha sonra ticarət barədə düşünə bilərik", - deyə A. Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsullara MDB ölkələrində böyük tələbat var və bu məhsulların ixracı zamanı güzəşt tətbiq olunur: "Bu amil birgə müəssisələrin yaradılmasında maraqlı olan türkiyəli iş adamlarına müəyyən üstünlük verə bilər. Azərbaycanda biznes üçün əlverişli mühit yaradılıb. İnanıram ki, qarşılıqlı investisiyalar hesabına hər iki ölkənin iqtisadi artımı davamlı olacaq".

Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkci isə son 3 il ərzində ikitərəfli ticarət dövriyyəsinin azalmasına diqqət çəkib: "2014-cü ildə ticarət dövriyyəmiz 3 mlrd. dollar, 2015-ci ildə 2,1 mlrd. dollar, ötən il isə 1,5 mlrd. dollar olub. Buna baxmayaraq, ölkələrimiz ticarət dövriyyəsinin artırılması üçün potensiala malikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR