SDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanılıb

SDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanılıb
# 07 mart 2019 12:26 (UTC +04:00)

"Sumqayıt Dövlət Universitetinin (SDU) tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Köçürülmə prosesi başa çatdıqdan sonra yataqxana binalarının gələcək taleyi ilə bağlı qərar veriləcək".

Bunu ONA-ya açıqlamasında SDU-nun mətbuat katibi Nazxanım Cəlilli deyib. N.Cəlilli bildirib ki, 1993-cü ildən universitetin hər iki yataqxanasında məcburi köçkünlər məskunlaşdığından tələbələri yataqxana ilə təmin edə bilməyiblər: "Köçürülmə hələ davam edir. Yataqxanadan məcburi köçkünlər köçürüldükdən sonra, onun tələbələrin istifadəsinə verilməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq. Mümkün olmadığı təqdirdə tələbələr üçün yeni yataqxananın tikilməsi nəzərdə tutulub”.

Mətbuat katibi həmçinin qeyd edib ki, yeni yataqxana binasının tikintisi ilə bağlı bütün sənədləri hazırlanıb: "Köçürülmə tam başa çatandan sonra ətraflı məlumat verəcəyik".

Xatırladaq ki, ki, həmin yataqxanalarda 1993-cü ildə məcburi köçkünlər məskunlaşıb.

Hər iki bina isə qəzalı vəziyyətdədir.

Qeyd edək ki, Sumqayıtda respublikamızın 10 şəhər və rayonundan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb ki, onlardan da 2900 məcburi köçkün ailəsi yataqxana binalarında yaşayır.

Ramil Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR